XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 14:56

MSŞA Koalisiyası ümumi yığıncağa hazırlaşır

MSSHA-Koalisiyasi.jpg

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Şurasının növbəti iclası kecirilib. İclasda əvvəlcə qərarların icra vəziyyəti müzakirə edilib. Bu barədə məlumat verən Koalisiya Şurasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, ötən müddət ərzində qərarların icrası ilə bağlı iş aparılıb.

Yalnız texniki problemlər səbəbindən Koalisiyanın son iki ümumi yığıncağında iştirak edən üzvlərin siyahısının hazırlanması mümkün olmayıb.  Daha sonra ümumi yığıncağa hazırlıqla bağlı Təşkilat Komitəsinin üzvlərindən iki nəfər tərəfindən həmin sənədlərin tapılıb araşdırılması və növbəti iclasadək Şuraya məlumat verilməsi tövsiyyə olunub.

Daha sonra iclasda Koalisiyanın icra etdiyi «Mədən sənayesində şəffaflığın artırılmasına ictimai dəstək» layihəsinin  yekunları ilə bağlı məlumat verilib. Şura koordinatoru bildirib ki, artıq layihə yekunlaşıb və yekun hesabat donor təşkilata təqdim edilib.

Növbəti məsələ kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 14 dekabrda elan edilən yeni qrant  müsabiqəsində iştirakla bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, Koalisiya “Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinə dəstək” istiqamətində layihə təqdim etsin və layihənin hazırlanması ilə bağlı işlər davam etdirilsin.

Daha sonra çoxtərəfli Qrupun 41-ci iclasının gündəlik layihəsi haqqında məlumat verildi. Bildirildi ki, iclasın gündəlik layhəsində 5 və 6-cı məsələlər (SOCAR-ın 2013-cü il üzrə kvazi-fiskal əməliyyatlarına dair QHT Koalisiyası  tərəfindən aparılan araşdırmanın müzakirəsi   və çQ-nin Davranış Kodeksi və maraqlar toqquşmasının qarşısının alınması qaydaları sənədinin müzakirəsi)  çQ 2015-ci il üzrə İş Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar  bilavasitə Koalisiya tərəfindən hazırlanmış sənədlər əsasında olacaqdır.

Növbəti məsələ kimi, Koalisiya təmsilçiləri ilə Dünya Bankının nümayəndələri arasındakı görüşlə bağlı məlumat verilib.

Koalisiyanın ümumi yığıncağına hazırlığın vəziyyəti ilə bağlı müzakirələr zamanı qərara alınıb ki, Koalisiyanın şəbəkəsində məlumat yerləşdirilərək, hansı təşkilatların üzvlükdə qalmaları və ümumi yiğıncaqda həmin təşkilatı kimin təmsil edəcəyi ilə bağlı 15 yanvar 2016-cı ilədək məlumat vermələri tələb olunsun.

Sonra EİTİ İdarə Heyətinə və PWYP Qlobal Şurasına namizədlərin tövsiyə olunması ilə bağlı seçkilər keçirilib. Seçkilərin nəticəsinə görə, Qubad İbadoğlunun namizədliyinin EİTİ Idarə Heyətinə, Sabit Bağırovun namizədliyinin isə, PWYP Qlobal Şurasına verilməsi müəyyən edilib.

Strateq.az