XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 17:48

Kommersiya banklarına dollar satışı azaldıldı

Bakı şəhərinin valyuta məntəqələrində nağd ABŞ dollarının satış məzənnəsi 1,62 – 1,65 AZN/USD-yə yüksəlib.

Günorta saatlarından sonra bazarda dollar qıtlığı ilə üzləşən banklar bunu Azərbaycan Mərkəzi Bankının hərracda valyuta satışına limit tətbiq etməsi və bunun cari tələbi qarşılamaması ilə izah edir.

Bank rəsmilərinin açıqlamasına görə, AMB-nin hərracda satdığı maksimal miqdar artıq son iki iş günündə 80 mln. dollarla məhdudlaşıb. İlin sonu olması səbəbindən bazarda valyutaya olan tələbat artıb və buna görə tələb təklifi daha çox üstələyir.

“Məhz bu səbəbdən dolların satış məzənnəsi artıq 1,65 AZN/USD-yə çatıb. Sabah hərracda alınan valyutanın müştərilərə 1,65 – 1,70 AZN/USD-yə satılacağı ehtimal edilir. Belə davam edərsə, yəni Mərkəzi Bank bayrama qədərki hərraclarda tələbi tam qarşılamazsa, “exchange”lərdə satış məzənnəsi 2,00 AZN/USD-yə qədər arta bilər. Düşünürük ki, bugünkü hərracda tələb tam qarşılansaydı, məzənnə sabit qalar, bazardakı təşviş güclənməzdi”, – deyə analitiklər bildiriblər.

Report.az