XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 06:25

“Qəbələ”nin rəqibləri müəyyənləşdi

“Qəbələ” futbol klubunun qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib.

Klubdan Azərtac-a bildiriblər ki, Topaz Premyer Liqasının 2015-2016-cı il mövsümünün ilk yarısından sonra istirahətə buraxılan “qırmızı-qaralar” yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək.

Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” olacaq.

Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma yanvarın 16-da təşkil olunacaq. Dörd gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun yetirmələri İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

Yanvarın 24-də keçiriləcək son yoxlama matçında komandamız UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.