XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 13:04

DİN:"Şamaxıda xilas edilən turistlər Rusiya vətəndaşları Yuri Sıvarnik və Olqa Juravlyovadır"

Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 3-də saat 11 radələrində Şamaxı rayonunun Pirbəyli kəndinin dağlıq ərazisində köməksiz vəziyyətdə qalan Rusiya vətəndaşlarının adlarını açıqlayıb.

DİN-dən Azərtac-a bildiriblər ki, Rusiya Federasiyasının vətəndaşları olan turistlər – Yuri Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar. Onların olduğu yer Şamaxı Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən müəyyənləşdirilib və turistlər xilas edilərək Bakıya yola salınıblar.