XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 10:00

“BakuBus”ın avtobusları 6 yeni marşrut üzrə hərəkət edəcək.

Gələn il “BakuBus” şirkətinin avtobusları 6 yeni marşrut üzrə hərəkət edəcək.

Bunu “BakuBus”ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, şirkətin planlarına “BakuBus”un avtobus marşrutları ilə bütün paytaxtı əhatə etmək daxildir: “Əvvəlcə 14 marşrutu işə salmağı planlaşdırırıq. Onlardan səkkizi artıq şəhərdə işləyir və əsasən mərkəzi əhatə edir. Gələn il qalan 6 marşrutu işə salmağı planlaşdırıq”.

N.Allahyarova qeyd edib ki, “BakuBus” şirkətinin marşrutlarının birində yeni 18 metr uzunluğunda avtobus sınaq rejimində işləyir: “çoxları deyir ki, avtobuslar sınaq rejimində maksimum bir həftə işləməlidir, lakin biz belə hesab etmirik. Avtobus hazırda sınaq rejimində müxtəlif marşrutlar üzrə işləyir. Bakının bütün küçələri belə avtobusların hərəkəti üçün uyğunlaşdırılmayıb, bizim çoxlu dar küçələrimiz var və orada belə avtobus dönə bilməz. Buna görə də belə avtobuslar üçün ən optimal marşrutu nəzərdən keçiririk. Fikrimcə, artıq gələn il bu avtobuslar xəttə çıxacaqlar”.

O, əlavə edib ki, şirkət xətlərdə böyük tutumlu olmaqla az sayda avtobusların istifadə edilməsini prioritet hesab edir(trend).