XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 21:47

Məhkəmə Əfqan Muxtarlının vəsatətinitəmin etməyib

Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətə baxılıb.
 
Vəkil Elçin Sadıqov APA-ya açıqlamasında deyib ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib.
 
Xatırladaq ki, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
 
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.