XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 00:06

Lənkəran və Astarada ev və həyətyanı sahələr yağış suları ilə dolub –FHN-dən açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran və Astarada gücü yağan yağışın törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. 

Eyni zamanda, Lənkəran çayında suyun səviyyəsi artıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası müvafiq xilasetmə işlərinin aparılması üçün yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunub.