XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 09:56

Sürüşmə nəticəsində bağlanan Lənkəran-Lerik yolu açıldı –FOTO

Sürüşmə nəticəsində bağlanan Lənkəran-Lerik yolunda avtomobillərin hərəkəti qismət bərpa edilib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, yolun bağlanmasına səbəb olan torpaq qatının bir hissəsinin təmizlənməsindən sonra avtomobillər yolda hərəkət etməyə başlayıb.

****

07.55

Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb.

Torpaq qatının tökülməsi yolun tamamilə bağlanmasına səbəb olub.

Hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb. Hazırda yolun 17 km-dən 52-ci kilometrinədək ciddi problem yaranıb. Yollar tamamilə bağlanıb.

Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədi ilə  Yol İstismar İdarəsinin ağır texnika və işçi heyəti cəlb edilib. Hazırda yola dağılan iri ağaclar hissələrə bölünərək yığışdırılır, torpaq qatı təmizlənir/APA.