XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 10:18

Lənkəran və Astarada evləri su basıb –FHN 367 nəfər təxliyə edib

Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər evrir ki, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb.

Bildirilir ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərə xilasetmə işlərini davam etdirir.

Oktyabrın 4 və 5-də gecə saatlarından FHN-nin xilasediciləri hadisə rayonlarında müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə təxliyə ediblər. Xilasetmə işləri barədə əlavə məlumat veriləcək.​