XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 10:51

MDB dövlətlərinin xüsusi xidmət orqanlarının geniş plenar iclası başladı –Bakıda

Bakıda MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət və təhlükəsizlik orqanları bölmələrinin nümayəndələrinin VII regional ekspertlər görüşü və MDB Dövlətləri Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın genişləndirilmiş plenar iclası keçirilir. 

APA-nın məlumatına görə, görüşdə MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət orqanları və təhlükəsizlik orqanlarının nümayəndələri, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər, Ədliyyə nazirlikləri və digər qurumların nümayəndələri iştirak edir. 

İlk dəfə bu görüşə BMT Təhlükəsizlik Şurası yanında İŞİD, “Əl-Qaidə” və Taliban terror təşkilatları üzrə monitorinq qrupunun nümayəndələri dəvət olunub. 

Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İsmayıl Bağırov DTX rəisi Mədət Quliyevin tədbir iştirakçılarına salamlarını çatdırıb və tədbirin işinə uğurlar arzulayıb.

MDB-yə üzv ölkələrin Antiterror Mərkəzinin direktor müavini Marat Abdıyev 7-ci konsultasiyanın təşkilinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təşəkkür edib. O bildirib ki, bu iclas hər il keçirilir və bu il əsas müzakirə olunacaq mövzu beynəlxalq ekstremist təşkilatlar tərəfindən MDB vətəndaşlarına qarşı həyata keçirilən distant əməkdaşlığa cəlbetməyə qarşı mübarizədir. 

Görüşdə distant əməkdaşlığa cəlbetmənin tətbiqi texnologiyaları, distant əməkdaşlığa cəlbetmə fəaliyyətinin regional xüsusiyyətləri kimi məsələlər müzakirə ediləcək.