XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 14:31

Avstriya səfirliyi Bakıda milli bayramını qeyd edib:“Azərbaycana minnətdarıq...”

Avstriyanın Milli Günü və ölkələrimiz  arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Avstriyanın Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Səfir Aksel Vex  Milli Gününün tarixindən, ölkəsinin keçdiyi inkişaf yolundan söz açıb. Daha sonra ölkələrimiz arasındakı münasibətlərə toxunan A.Vex  diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olduğunu xatırladıb. Bu 25 il ərzində əlaqələrimizin inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd edib. 2017-ci ildə Avstriyanın ATƏT-ə sədrlik etdiyini xatırladaraq, bunun məsuliyyətinin böyük olduğunu dilə gətirib: “Azərbaycana minnətdarıq ki, danışıqlarda konstruktivlik göstərib. Növbəti ilin ikinci yarısı Avstriya Avropa İttifaqına  sədrlik edəcək. Bu zaman tək bu qurum çərçivəsində tərəfdaşlarımızdan deyil,  azərbaycanlı dostlardan da etimad gözləyirik. Əminəm ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək”.

Azərbaycan hökuməti adından Avstriya xalqını bayram münasibəti ilə təbrik edən Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycan hər zaman Avstriya ilə əlaqələrin inkişafına önəm verib. Onun sözlərinə görə,  Avstriya bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanla əməkdaşlıq edir və bir çox məsələlərdə ölkəmizə dəstək verir. S.Seyidov Avstriyanın Qarabağ məsələsində mövqeyini yüksək qiymətləndirərək bildirib ki, gələcəkdə də Avstriyanın eyni mövqe nümayiş etdirəcəyinə əmindir.

L.SƏMLA

Strateq.az