XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 19:55

Prezident Azərbaycanla Türkiyə arasında daha bir sazişi təsdiqlədi –Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair iyulun 19-da Bakıda imzalanmış saziş təsdiq edilsin.

Fərmanda göstərilən saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılır.

Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.