XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 23:13

Kürün Salyan ərazisindən keçən hissəsində suyun səviyyəsi qalxdı –1 metr

Kür çayında suyun səviyyəsi qalxıb.

Buna son günlər ölkə ərazisində yağan intensiv yağışlar səbəb olub.

Artım daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Belə ki, sentyabrın 29-dan oktyabrın 5-nə kimi çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə artaraq 1 metrə çatıb.

Mütəxəssislərin fikrincə, çayın indiki vəziyyəti rayon üçün elə də təhlükəli deyil. Amma Kür çayının səviyyəsi bu templə qalxarsa, nəinki Salyan, hətta Neftçala rayonu üçün də təhlükə yarada bilər/Report.