XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

05 Oktyabr 2017 - 23:44

Rusiyada neft emalı zavodunda yanğın –4 nəfər ölüb

Rusiyanın Nijeqorod vilayətində fəaliyyət göstərən neft emalı zavodunda baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.

İnsident Kstovo şəhərində baş verib.

“Dörd nəfər ölüb. Onlar işləri həyata keçirən podratçı təşkilatın əməkdaşları olub”, – deyə Kstovo rayon administrasiyasından bildirilib.  

Məlumata görə, yanğının ikinci rezervuara yayılmasının qarşısı alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir/APA.