XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Oktyabr 2017 - 15:21

Bakıda Pakistanın müstəqilliyinin 70-ci ildönümü qeyd olunub –FOTO

Pakistan səfirliyi Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25-ci və ölkəsinin müstəqilliyinin 70-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Strateq.az saytı xəbər verir ki, səfir Said Xan Mohmand çıxışında ölkəsinin Azərbaycanla sıx əlaqələrə malik olduğunu bildirib. Pakistanın 1991-ci ildə Türkiyə və Rumıniyadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü ölkə olduğunu xatırladan S.X.Mohmand ölkələrimiz arasındakı diplomatik əlaqələrin 1992-ci il iyun ayının 9-da qurulduğunu vurğulayıb: “Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri Pakistandır. Ölkələrimiz həm dövlət, həm də xalqlar səviyyəsində qardaş və qarşılıqlı sıx əlaqələrə malikdir”. Səfir daha sonra ölkəsinin  müstəqillik tarixindən bəhs edib: “70 il əvvəl dünya xəritəsində yeni dövlət peyda oldu ki, bu, Pakistandır. Geridə buraxdığımız illər ərzində ölkəmiz bütün sahələrdə inkişaf edərək, dünya birliyinin sayılıb-seçilən subyektlərindən birinə çevrilib”.

Çıxışdan sonra bədii hissəyə yer verilib. Tədbirdə Pakistandan dəvət olunmuş musiqiçilər bir-birindən maraqlı ifalar səsləndirib, rəqslər təqdim edib.

Strateq.az