“İran zənginləşdirilmiş uranı Rusiyaya göndərməklə, nüvə müqaviləsinin mühüm şərtini yerinə yetirmiş oldu”.
Bunu İranın vitse-prezidenti Əli Əkbər Salehi çıxışında deyib.
Salehi Rusiyaya göndərilən 9 ton uranın əvəzində bu ölkədən yanacaq xammalının idxal ediləcəyini bildirib.
Qeyd edək ki, 2010-cu ilin may ayında Tehran imzalanan müqaviləyə əsasən, zənginləşdirilmiş uranın 1,2 tonunu Türkiyəyə göndərməyi qəbul etmişdi. Ancaq bu müqaviləyə sonrakı mərhələdə əməl edilməmişdi.
Axar.az