XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Oktyabr 2017 - 21:45

Müdafiə naziri Zakir Həsənov Belarusa  gedir   

 Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.

Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.