XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 Oktyabr 2017 - 00:05

Maduro Türkiyəyə gəldi –Ərdoğanla görüşdü

Venesuela prezidenti Nikolas Maduro türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Strateq.az Amerikanın Səsi-nə istinadla xəbər verir ki, görüşün məqsədi ikitərəfli münasibətlərin və beynəlxalq məsələlərin müzakirəsi olub.

Maduronun cümə günü Ankaraya səfəri ABŞ-ın bu Cənubi Amerika dövlətinə sanksiyaları sərtləşdirdiyi vaxta təsadüf edir. Dərinləşən siyasi böhran içindəki Venesuelada yüksək inflyasiya və geniş yayılmış ərzaq çatışmazlıqları müşahidə olunur.

Hər iki ölkənin xarici işlər nazirləri qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaşlıq komissiyaları təsis etmək üzərində razılığa gəliblər.

Maduro Ankaraya Rusiya və Belarusa səfərin ardınca gəlib. Moskva və Minskdə Maduro sabiq sovet respublikaları ilə genişlənən hərbi əməkdaşlığı müzakirə edib.

2016-cı ilin fevralında Ərdoğan Çili, Peru və Ekvadora səfər edərək Türkiyə ilə Cənubi Amerika arasında ticarət əlaqələri üzərində danışıqlar aparmışdı.