XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 13:07

GUAM xarici işlər nazirlərinin Tbilisi görüşü- Tədbirin gündəliyi açıqlanıb

GUAM-ın yaradılmasının 20 illiyi ilə əlaqədar təşkilatın xarici işlər nazirlərinin oktyabrın 8-də Tbilisidə keçiriləcək görüşünün gündəliyi açıqlanıb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, GUAM-a üzv ölkələrin xarici işlər nazirləri ilə yanaşı təşkilatın baş katibi Altay Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti də Tbilisiyə səfər edəcək. Nümayəndə heyəti Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşəcək.
 
GUAM-ın xarici işlər nazirləri görüşün sonunda birgə bəyannamə imzalayacaq və mətbuat konfransı keçirəcəklər. Nazirlər həmçinin Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşəcəklər.
 
Daha sonra nazirlərin “Tbilisoba” bayramı çərçivəsində keçirilən tədbirlərdə iştirakı nəzərdə tutulub.
 
Qeyd edək ki, 2017-ci ildə GUAM-a Gürcüstan sədrlik edir. Gürcüstanın sədrliyinin əsas prioriteti təşkilata üzv ölkələr arasında dinamik və məhsuldar əməkdaşlığı təmin etməkdir.