XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 08:39

Ərdoğan Miri Cavadzadənin nəvəsinin baş rolda oynadığı filmi izləyib –FOTO

nesrin.jpg

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin baş rol oynadığı “Son məktub” filmini izləyib.

“Strateq.az” bildirir ki, bu məlumatı “Qafqazinfo” Türkiyə mətbuatına istinadən verib.

Prezident çanaqqala Dəniz Zəfərinin 100-cü il dönümündə nümayiş olunmağa başlayan və çanaqqala döyüşündən bəhs edən filmi həyat yoldaşı Əminə Ərdoğan və qızı Sümeyyə Ərdoğan ilə birgə seyr edib.

Filmdən sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan filmi bəyəndiyini bildirib:”Əcdadımızın həqiqətən çanaqqalada necə döyüşdüklərini, ölkəmizi müdafiə etdikləri və “çanaqqala keçilməz” anlayışını bir imanın təzahürü olaraq necə ortaya qoyduqlarını həqiqətən ən gözəl filmlə canlandırılması bizləri də duygulandırdı. Filmi xüsusilə gənclərin seyr etməsində böyük fayda görürəm”.

Qeyd edək ki, çanaqqala müharibəsindən bəhs edən və 20 milyon lirə ilə ən yüksək büdcəli türk filmi olan “Son məktub” martdan nümayiş olunur. Filmin baş rollarını Tansel öngel, Nəsrin Cavadzadə, Hüseyn Avni Danyal və Bülent Şakrak canlandırır.

“Strateq.az” xatırladır ki, Nəsrin Cavadzadə dünya şöhrətli azərbaycanlı akademik Miri Cavadzadənin nəvəsidir.