XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2015 - 07:39

Ədliyyə Nazirliyində kadr dəyişikliyi – Nazir qrup rəhbərini işdən azad etdi

Ədliyyə Nazirliyində kadr dəyişikliyi baş verib.

Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin informasiya qrupunun rəhbəri Aydın Ağazadə ədliyyə orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Məlumata görə, A.Ağazadə bununla bağlı ərizə ilə nazirliyə müraciət edib. Nazirlik onun müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, yazıçı-publisist Aydın Ağazadə uzun illərdir ki, Ədliyyə Nazirliyində mətbuatla əlaqələrə məsul şəxs kimi çalışıb.