XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 10:18

Azərbaycan cüdoçuları növbəti medallar qazanıblar –“Qran-Pri” yarışında + FOTO

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə “Qran-Pri” yarışı davam edir.

Strateq.az Apasport.az-a istinadən xəbər verir ki, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə daha iki medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Telman Vəliyev və 81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə mötəbər turnirin bürünc medallarına sahib olublar.

Yarışın ilk günü Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

Qeyd edək ki, 27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.