XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 12:39

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən  yağmursuz olacağı gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah səhər bəzi yerlərdə zəif duman olacaq.  Havanın temperaturunun gecə 14-16° isti, gündüz  20-25° isti, Bakıda gecə  14-16°, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 45-55 % olacaq. 

Azərbaycanın rayonlarında oktyabrın 9-da  hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Havanın temperaturunun gecə  10-15°, gündüz  20-25° isti,  dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.