XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 17:30

ABŞ-da 100 mindən artıq insan işıqsız qalıb –"Neyt" qasırğası səbəbindən

"Neyt" qasırğası ABŞ-ın Missisipi və Alabama ştatlarında 100 mindən artıq insanı işıqsız qoyub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, mütəxəssislər evlərə elektrik enerjisinin verilməsinin bərpası üzərində işləməyə davam edir.

Qeyd edək ki, "Neyt" qasırğasının episentrində küləyin maksimal sürəti saatda 110 kilometrə çatır. Hazırda qasırğa saatda 37 kilometr sürət ilə şimala doğru gedir. Luiziana və Florida ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib. Mərkəzi Amerikada qasırğa 20-dən artıq insan həyatına son qoyub.