XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Oktyabr 2017 - 19:21

Sakit okeanda zəlzələ olub –5,6 bal gücündə

Sakit okeanda, Tonqo adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ olub.

Bu barədə RİA "Novosti" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 14:04-də qeydə alınıb. Zəlzələnin episentri Nukualofa şəhərindən 238 kilometr şimalda, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib/Report.