XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 23:22

Polşa yığması Monteneqronu məğlub etdi –Polyaklar DÇ-2018-ə vəsiqə qazandı

Polşa yığma komandası Monteneqronu məğlub edərək futbol üzrə 2018-ci il dünya çempionatına vəsiqə qazanıb.

Görüş Polşanın paytaxtı Varşavada baş tutub.

Meydan sahibləri rəqiblərini 4:2 hesabı ilə məğlub ediblər. Qarşılaşmada Kşiştov Maçinski, Kamil Qrosiçki, Robert Levandovski fərqləniblər. Həmçinin Filip Stoykoviç topu öz qapılarına (avtoqol) vurub. Qonaqların heyətində isə Stefan Muqoşi və Nikol Vukçeviç fərqlənib.

Bununla da Polşa yığması E qrupunda birinci yeri tutub və dünya çempionatına vəsiqə qazanıb/Report.