XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2015 - 10:37

Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin tərkibini dəyişdirir

 

aspa-1.jpg

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi dəyişdirilir.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin hazırkı sədri Səməd Seyidov bildirib.

Hər parlament seçkilərindən sonra nümayəndə heyətinin tərkibinin yeniləndiyini deyən S.Seyidov bildirib ki, bu dəfə tərkibdə dəyişiklik olacaq və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən bununla bağlı yanvarın 15-dən sonra AŞPA-ya məktub göndəriləcək: “Bundan sonra nümayəndə heyətinin yeni tərkibinin kimlərdən ibarət olduğu açıqlanacaq. Hələlik onu deyə bilərəm ki, yeni tərkibində indiki ilə müqayisədə bir neçə dəyişiklik olacaq”.