Güclü qara görə “Türk Hava Yolları” dekabrın 30-31-nə planlaşdırılan 142 aviareysi təxirə salıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Atatürk və Sabiha Gökçən hava limanlarında İstanbuldan bu şəhərlərə olan uçuşlar təxirə salınıb – Bakı, Milan, Bolonya, Hamburq, Münhen, Brüssel, Oslo, Tehran, Kabil, Tiflis, Sofiya.
Aviaşirkət bir neçə ölkədaxili aviareysi də təxirə salmalı olub.