XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

09 Oktyabr 2017 - 17:11

Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

 Diplomatik mənbələrdən APA-ya bildirilib ki, səfər oktyabrın 30-da baş tutacaq.  R. T. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.  Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.