XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 20:10

Azərbaycanla Belarus arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Bu xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb. Xəbərə görə, Belarusda səfərdə olan müdafiə naziri Zakir Həsənov oktyabrın 9-da bu ölkənin müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.

"Müdafiə nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşlərində ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib",  -deyə xəbərdə bildirilir. Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, müdafiə naziri Z.Həsənovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 8-də Belarusa səfərə gedib, 9-da müdafiə naziri və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Səfər davam edir.