XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2015 - 16:13

Nardaran Polis bölməsinə yeni rəis müavini təyin edildi

Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə yeni rəis müavini təyin edilib.

Bu barədə “Trend”-ə bölmədən məlumat verilib.

Məlumatda bildirilir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini, polis mayoru Tərxan Əhmədov vəzifəsindən azad edilərək Nardaran qəsəbəsində yeni yaradılmış 42-ci Polis bölməsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, 42-ci Polis bölməsinin rəisi vəzifəsini müvəqqəti olaraq polis polkovniki Azər Cahangirov icra edirdi.