XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2015 - 16:31

Xırdalan Çörək Zavodu da qiyməti qaldırdı – Çörək 50 qəpik oldu

Sabahdan Xırdalan çörək Zavodunun istehsal etdiyi “zavod çörəyi” 10 qəpik baha satılacaq.

Bu barədə Strateq.az-a Xırdalan sakinləri məlumat veriblər. 

Bildiriblər ki, mağaza və market satıcıları Xırdalan çörək Zavoduna məxsus çörəyin qiymətinin 10 qəpik artırılaraq, bir ədədinin 50 qəpiyə satılacağı haqda onları xəbərdar ediblər: “Satıcılar hər çörək alana bu haqda məlumat verərək, bildirir ki, qiyməti zavod qaldırıb və günü sabahdan qüvvədə olacaq”.

Xatırladaq ki, bu gün Binə çörək Zavodu da çörəyin qiymətini 10 qəpik artırıb.

Strateq.az