XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2017 - 18:42

Spiker Oqtay Əsədov Belarusa səfər edib –Parlamentdən açıqlama

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusa səfər edib.

Strateq.az Milli Məclisin saytına istinadən xəbər verir ki, oktyabrın 13-dək davam edəcək səfər çərçivəsində O.Əsədov Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç, Nümayəndələr Palatasının spikeri Vladimir Andreyçenko və Baş nazir Andrey Kobyakovla görüşəcək.

Görüşlər zamanı parlamentlərarası əlaqələr, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq, eləcə də digər məsələlərin müzakirə olunacağı planlaşdırılır.