Abşeronda binanın elektrik kabelləri yanıb.
Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, Abşeron rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 8-ci mərtəbəsinə kimi şaxtadan keçən elektik kabelləri 24 p.m yanıb. Yanğın zamanı binanın 15 nəfər sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Binanın digər kommunukasiya xətləri və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.