XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2015 - 06:57

Dünya əhalisinin sayı – Ən son statistika

Dünya əhalisinin sayı 7,3 milyarda yaxınlaşır. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın Sayım Bürosu açıqlayıb.

Büronun məlumatına görə, hazırda yer kürəsində 7 milyard 295 milyon 889 min 256 insan yaşayır. Bu, ötən illə müqayisədə 78 milyon daha çox insan deməkdir.

Əhalinin ən sıx olduğu ölkə yenə də çindir – 1,367 milyard. Onun ardınca Hindistan gəlir – 1,252 milyard. Növbəti sıraları isə ardıcıllıqla ABŞ, İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş tutur.

Rusiya 142,423 milyon nəfərlə 9-cu sıradadır. «İlk onluq»un sonuncu ölkəsi Yaponiyadır.

ABŞ-da əhalinin sayı 322 milyon.762 mindir. Bu, ötən illə müqayisədə 2,47 milyon daha çox insan deməkdir.