XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 December 2015 - 08:58

“Turk Hava Yolları”nın ləğv etdiyi aviareyslərin sayı 200-ü keçdi

“Turk Hava Yolları”nın əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv etdiyi aviareyslərin sayı 200-ü keçdi.

Şirkətdən verilən açıqlamaya görə, dekabrın 31-də və yanvarın 1–də İstanbulun Atatürk və Sabiha Gökçen hava limanlarından ümumilikdə 200-dən çox uçuş ləğv olunub. Buna qarın yaratdığı çətinliklərin səbəb olduğu bildirilir.

Aviaşirkət sərnişinlərə məsləhət görür ki, uçuşlarla bağlı məlumatları dəqiqləşdirdikdən sonra yola çıxsınlar.

İstanbuldan bu şəhərlərə olan uçuşlar təxirə salınıb – Bakı, Milan, Bolonya, Hamburq, Münhen, Brüssel, Oslo, Tehran, Kabil, Tiflis, Sofiya.