XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2017 - 13:12

Sabah Yerin yaxınlığından keçən asteroidi görmək mümkün olacaq- Rəsədxana

Sabah “2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək.

Bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, atsroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən təxminən 10 dəfə yaxın məsafədir:

"Yəni astroid Ayın orbitini kəsəcək. Astroidi yerli vaxtla səhər saat 9-a qalmış, 9-da Yerə ən yaxın nöqtədən keçəcək".

X.Mikayılov deyib ki, astroidin sürəti saniyədə 7,6 km, başqa sözlə 1 saatda 28 min km-dir. Astroidin diametri təxminən 10, uzunluğu 40 metrə yaxındır: "İlkin hesablamalar göstərir ki, Yerə yaxın məsafədən keçməsinə baxmayaraq, onun Yerə yaxınlaşmasının Yer üçün heç bir təhlükəsi yoxdur".

X.Mikayılov asteroidin keçidinin səhər saatlarında teleskop vasitəsilə müşahidə etmək mümkün olacağını qeyd edib.