XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

11 Oktyabr 2017 - 14:08

DİN-dən Sabunçu xəstəxanasında ölən naməlum şəxslə bağlı müraciət- FOTO

Cari il sentyabrın 23-də saat 22:55 radələrində Bakının Xətai rayonu Zeytun küçəsi 144 ünvanının qarşısında 50-60 yaşlarında naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb. Həmin şəxs orada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, naməlum şəxsin boyu 175 santimetr, gözünün rəngi açıq palıdıdır. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli üç düyməli uzunqol köynək olub.

Nazirlik vətəndaşlara müraciət edərək şəkildəki şəxsi tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinin (012) 422-02-02 əlaqə nömrəsinə zəng vuraraq məlumat vermələrini xahiş edir.