XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2017 - 15:35

“Skype” xidmətində yenilik- Süni intellekt elementləri tətbiq edilib

skayp.png

“Microsoft” şirkəti “Skype” xidmətinə “Cortana” səs köməkçisini inteqrasiya edib. Beləliklə, messencer artıq süni intellekt elementlərini dəstəkləyir.

Azərtac xəbər verir ki, məlumata görə, “Cortana” səs köməkçisi “Skype” istifadəçilərinə öz vaxtlarını planlaşdırmağa və danışığı dəstəkləməyə kömək edəcək, həmçinin daxil olan mesajları təhlil edərək cavab variantları təklif edir.

Bundan başqa, “Cortana” təqvimdə həmsöhbətlər tərəfindən nəzərdə tutulmuş görüş haqda xatırlatma yaratmağa kömək edəcək.

Həmçinin istifadəçilər birbaşa “Skype” xidmətində internetdə səsli sorğular vasitəsilə axtarış edə bilərlər. “iOS” və “Android” mobil sistemləri üçün “Cortana” səs köməkçisinə malik “Skype” proqramı “App Store” və “Google Play” mağazalarında pulsuz yükləmə üçün əlçatandır.

“Skype” proqramı daxilində bu xidmətin imkanlarından hələ ki yalnız ABŞ sakinləri istifadə edə bilərlər.