XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2017 - 18:08

“WhatsApp”da fərdi məlumatlara müdaxiləyə imkan verənboşluq aşkarlanıb

Hakerlər “Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində sizin şəbəkədə keçirdiyiniz vaxtı, kiminlə ünsiyyət saxladığınızı öyrənə bilərlər. Bu halda onlayn statusu göstərən funksiyanın deaktiv edilməsi kömək etməyəcək.

Azərtac “belta.by” saytına istinadən xəbər verir ki, qurğuya müdaxilə üçün hər hansı bir qeyri-adi qabiliyyətə malik olmaq lazım deyil. Proqramlar haqda orta təsəvvürə malik olan istənilən noutbuk sahibi internet aktivlik haqda fərdi məlumatları ələ keçirmək qabiliyyətinə malikdir. Onlayn status əsas boşluqdur. “Google Chrome” brauzeri üçün genişlənməni quraşdıraraq istifadəçidən xəbərsiz onun fəallığını qeydə almaq mümkündür.

Əldə edilmiş məlumatları araşdıraraq yazışmaları izləmək olar.