XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Oktyabr 2017 - 18:58

Nağdsız ödənişlər 2020-ci ildə dünya bazarında30 faiz paya sahib olacaq

Proqnozlara görə, 2018-ci ildə mobil ödəmələr dünyada pərakəndə ticarətin 30 faizini təşkil edəcək, 2020-ci ildə isə nağdsız ödənişlər dünya bazarında 30 faiz paya sahib olacaq.

Vergiler.az saytı bildirir ki, bu barədə “MasterCard” şirkətinin ölkə üzrə meneceri Alper Metic məlumat verib.

Onun sözlərinə görə, “MasterCard”ın müxtəlif ölkələrdə apardığı təhlillər onu deməyə əsas verir ki, nağd pul dövriyyəsi dövlət xərclərini bir neçə dəfə artırır. Bu baxımdan da nağdsız ödənişlər qənaət rejiminə şərait yaradan ən mükəmməl vasitələrdən biridir.

A.Metic əlavə edib ki, nağdsız dövriyyə iqtisadi effektivliyi təmin etməklə yanaşı, ÜDM-in 1,7-3,6 faiz artmasına səbəb olur. Məsələn, Rusiyada son illərdə kart ödənişləri bazarının 10 faiz artması sayəsində iqtisadiyyatda 1 faiz artım baş verib. Ümumilikdə isə, nağdsız ödənişlərin təmin olunması dünya üzrə 30 milyon iş yerinin yaradılması deməkdir.