XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Oktyabr 2017 - 17:28

General Kərim Vəliyev ABŞ müdafiə nazirinin nümayəndəsi ilə görüşdü –Müzakirə + FOTO

Bu gün Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işçi səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.