XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2016 - 07:41

Dubayda yanan oteldə azərbaycanlılar da olub

Dünyanın ən hündür binası olan Dubayın “Bürc-Xəlifə” göydələninin yaxınlığında yerləşən çoxmərtəbəli oteldə dünən güclü yanğın olub.

BBC xəbər verir ki, Dubay hökumətinin rəsmi “Tvitter” səhifəsində yerləşdirilən məlumata görə, yanğın 300 metr hündürlüyü olan “The Address” otelinin 20-ci mərtəbəsindən başlayıb və alov binanın böyük hissəsini əhatə edib. Yanğın nəticəsində zərərçəkənlərin olub-olmaması barədə isə, məlumat verilməyib.

“Bürc-Xəlifə” yaxınlığında təşkil olunan Yeni il atəşfəşanlığına tamaşa etməyə toplaşan insanlardan ərazini tərk etmələri xahiş olunub.

Dubayda yanğın baş verən oteldə Yeni ili qeyd edənlər arasında Azərbaycan vətəndaşları da olub. İlkin məlumata əsasən, vətəndaşlarımız arasında xəsarət alan yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dubayda oteldə baş verən yanğınla əlaqədar azertag.az-a bildirib ki, Azərbaycanın Dubay Əmirliyindəki baş konsulluğu oteldə baş vermiş yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Dubay Əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.