XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2016 - 09:14

Sürücülərin nəzərinə: yollarda sürət azaldıldı

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Lent.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən yaydığı məlumatına görə, hava şəraiti ilə bağlı olaraq, Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi – Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.

Məlumatda o da bildirilir ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.