XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2017 - 23:26

YUNESKO-nun baş direktorunu yenə seçmək mümkün olmadı –Sabah 5-ci tur keçiriləcək

Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin 4-cü turu da nəticə verməyib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq.

Hazırda YUNESKO-nun baş direktoru postuna 3 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir və Fransa təmsilçiləridir. Bir qədər əvvəl Çin və Livan təmsilçiləri namizədliyini geri götürüb.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.