XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 10:06

İraqda saxlanılan azərbaycanlı uşaq Bakıya gətirildi –FOTO

 İraqda gedən döyüşlərdə hər iki valideyni ölən və uşaq evində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, Azərbaycanın İraqdakı səfirliyi əməkdaşının müşayiət edib.

XİN rəsmisi deyib ki, hazırda Abdulla adlandırılan uşağın qohumlarına verilməsi üçün lazım olan prosedurlar yerinə yetirilir. Onun sözlərinə görə, Azərbaycanın Bağdaddakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər azərbaycanlıların da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir: "Bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir",

Qeyd edək ki, azərbaycanlı uşağın İraqdan Bakıya gətirilməsi barədə xəbəri "virtualaz.org" saytı yayıb.