XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Oktyabr 2017 - 11:11

Bolqarıstanın dövlət başçısının qarşılanma mərasimi  –Prezident və birinci xanım ali qonağı qarşıladı

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verdi.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşdülər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdirdilər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.