Partlayışların İŞİD tәrәfindәn tәşkil olunduğu ehtimal olunur
Bağdadın ictimai yerlәrindә və şəhərin yaxınlığında bu gün baş verәn 2 partlayış nәticәsindә 11 nəfər həlak olub.
Strateq.az “Yahoo news”-a isnadən xəbər verir ki, kamikadze partlayıcı maddə ilə tәchiz edilmiş jiletdə Mişada şəhərindәki kiçik restorana girərək partlayış törədib. Nәticәdә 6 nəfər həlak olub və 14 nəfər yaralanıb.
Mişada Bağdaddan 30 kilometr şimalda yerlәşir.
Az sonra Bağdad şәhәrinin mәrkәzindә Karrada küçәsindә bomba qoyulmuş avtomobilin partlaması nәticәsindә 5 nәfәr hәlak olub vә 12 nәfәr xәsarәt alıb.
Xәstәxana rәsmilәri bәdbәxt hadisә barәdә göstәrilәn rәqәmlәri tәsdiqlәyiblәr.
Partlayışların ölkәnin şimal vә qәrb әrazilәrini әlә keçirәn İŞİD tәrәfindәn tәşkil edildiyi ehtimal olunur. İraqda belə teraktlar tez-tez baş verir.