XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 13:24

Sabah hava necə olacaq?- Proqnoz

Ölkə ərazisində oktyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15°, gündüz 18-21° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacağı gözlənilir.

Sinoptiklərin xəbərdarlığına əsasən, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı , bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.