XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 18:33

Azərbaycan Premyer Liqası- “Zirə” Premyer növbəti qələbəsini qazandı

“Zirə” komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. 

“Report” xəbər verir ki, qəsəbə təmsilçisi VIII tur çərçivəsində qəbul etdiyi “Kəpəz”i üstələyib – 3:0.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Təmkin Xəlilzadənin dublu və Riçard Qadzenin qolu ilə 3 xal əldə edib.

Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. “Zirə” 18 xalla 2-ci, “Kəpəz” isə 4 xalla sonuncu pillədədir.

Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” “İnter”i 2:0 hesabı ilə məğlub edib. Bu gün daha bir oyun keçiriləcək. Sumqayıtda şəhərin eyni adlı təmsilçisi

“Qəbələ”ni qəbul edəcək. Turun son matçı isə oktyabrın 15-də “Səbail” və “Neftçi” arasında olacaq.

"Zirə” – "Kəpəz” 3:0 

Qollar: Təmkin Xəlilzadə 47, 64; Riçard Qadze 76.

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov. 

AFFA nümayəndəsi: Vaqif Davudov.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

Zirə İdman Kompleksinin stadionu